Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən oktyabrın 28-də ilk banklararası "Breyn-ring" çempionatı keçiriləcək.
Fins.az ABA-ya istinadla xəbər verir ki, yarış üçün artıq banklara müraciət olunub və komandalar qeydiyyata alınır. Üç mərhələdən ibarət olacaq çempionatda ilk 3 yerin sahibi olan komandalar mükafatlandırılacaq.