30 Oktyabr

12 günə cəmi 1 min manat kompensasiya ödənilib

Texnikabank-ın qorunan əmanətçilərinə son 12 gündə cəmisi 1 min manat kompensasiya ödənilib. Fins.az bildirir ki, oktyabrın 12-də ödənilən kompensasiyanın məbləği 119 milyon 977 min manat olmuşdu.

Dünən açıqlanan informasiya isə bu məbləğin cəmisi min manat artaraq 119 milyon 978 minə qalxdığını göstərir.

Beləliklə, ADİF tərəfdən Texnikabank-ın qorunan əmanətçilərinə verilən kompensasiyalarda müəyyən azalmanın olduğu nəzərə çarpır.