30 Oktyabr

«Bank Respublika» filialını bağlayacaq

«Bank Respublika» Bakı şəhərindəki əsas filiallarından birini bağlayacaq. Bankdan fins.az-a bildirilib ki, bankın «Mərkəz» filialından gedir. Qərara görə, «Mərkəz» filialı ləğv edilərək bankın baş ofisinə birləşdiriləcək. Bankdan bildirilir ki, qərara səbəb xərclərin optimallaşdırılması, yəni qənaətdir.

Qeyd edək ki, “Bank Respublika”nın baş ofisi Xaqani küç. 21 ünvanında, Mərkəz filialı isə Xaqani küç. 14 ünvanında yerləşir: «Müştərilərin böyük hissəsi filialla yaxın məsafədə yerləşən baş ofisə müraciət edirlər. Ona görə də artıq bu filialın fəaliyyət göstərməsinə ehtiyac qalmır. Bununla bağlı bank ilin sonundan etibarən Mərkəz filialını baş ofisə birləşdirmək qərarına gəlib».