Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb. Fonddan Fins.az-a verilən məlumata görə, oktyabrın 26-da 10 bankın qorunan əmanətçilərinə 6 milyon 336 min manat kompensasiya verilib.“Parabank”ın qorunan əmanətçilərinə 1 milyon 646 min manat, "Zaminbank"ın qorunan əmanətçilərinə min manat, "Kredobank"ın qorunan əmanətçilərinə 3 milyon 054 min manat və "Atrabank"ın əmanətçilərinə 30 min manat kompensasiya ödənilib.
"Bank of Azerbaijan"ın qorunan əmanətçilərinə 19 min manat, "Gəncəbank"ın qorunan əmanətçilərinə 20 min manat ödənilib. Oktyabr ayının 26-da ən böyük kompensasiya "Bank Standard"ın əmanətçilərinə verilib. Bankın əmanətçilərinə 6 milyon 336 min manat ödənilib.
Ümumilikdə Fond tərəfindən ödənilən kompensasiyaların həcmi 10 bank üzrə 623 mln. 736 min manatdan təşkil edib.
N |
Bankların adı |
Qaytarılan əmanətlərin həcmi (26 oktyabra qədər) |
Qaytarılan əmanətlərin həcmi (26 oktyabrda) |
1 |
“Parabank” |
34 milyon 582 min |
1 milyon 646 min |
2 |
“Zaminbank” |
51 milyon 026 min |
Min |
3 |
“Kredobank” |
26 milyon 136 min |
3 milyon 054 min |
4 |
“Dekabank” |
2 milyon 858 min |
- |
5 |
“Atrabank” |
14 milyon 140 min |
30 min |
6 |
“Qafqaz İnkişaf Bankı” |
1 milyon 876 min |
- |
7 |
“Bank of Azerbaijan” |
24 milyon 117 min |
19 min |
8 |
“Texnikabank” |
119 milyon 978 min |
- |
9 |
“Bank Standard” |
348 milyon 048 |
6 milyon 336 min |
10 |
“Gəncəbank” |
969 min |
20 min |
11 |
Cəmi |
623 milyon 736 min |
11 milyon 106 min |