30 Oktyabr

Dollar satışına limiti 100 dəfə azaltdı

Bu gün daha 2 bank ABŞ dollarının satışına limiti azaldıb . Fins.az xəbər verir ki, “Turan Bank” dollar satışındakı limiti 100 dəfə azaldıb. Belə ki, dünənədək 50 min dollara qədər ABŞ valyutası satan bank bu gün cəmi 500 dollarlıq limit müəyyən edib.

Eləcə də bax: Hansı bankdan nə qədər dollar almaq olar? – MƏBLƏĞLƏR

“Bank Respublika” da limiti 2 dəfə azaldıb. İndiyədək 10 min dollarlıq limit tətbiq edən bank bu gün məbləği 5 min dollara endirib.