30 Oktyabr

Banklar BOKT-a çevriləndə: nə itirir, nə qazanırlar?

Hazırda lisenziyası ləğv edilmiş Parabank-ın və Dekabank-ın bank olmayan kredit təşkilatına (BOKT-a) çevrilməsi onlar üçün ən yaxşı çıxış yolu hesab olunur. Lakin ənənəvi və müasir bankçılıq xidmətlərinin böyük bir hissəsini öz fəaliyyətlərində cəmləşdirən bankların BOKT-a çevrilmələri ilə udub-uduzacaqları nə olacaq, bu maraqlıdır...

Bank BOKT olanda itirir:

  • Mərkəzi bankda və digər banklarda müxbir hesabları açmaq
  • fiziki və hüquqi şəxslərdən depozit qəbul etmək,
  • hər hansı hesablaşma kassa əməliyyatı aparmaq
  • banklararası bazarda birbaşa iştirak etmək,
  • beynəlxalq pul köçürmələri aparmaq
  • kimi fəaliyyət növlərini həyata keçirməkdən məhrum olacaq.

Məlumdur ki, BOKT-lar ancaq kreditləşmə ilə məşğul ola bilirlər və onlar hüquqi şəxs qismində depozit hesabı açmaq hüququna malikdirlər. Qeyd edək ki, Parabank Wester Union-un agent bankıqismində çıxış edirdi. Yəni, Wester Union beynəlxalq pul köçürmə sisteminə birbaşa çıxışı olmayan banklar agent bank kimi Parabank-ın xidmətindən istifadə edirdilər. BOKT-a çevrildiyi halda isə Parabank agent-bank funksiyasını da itirəcək.

Bank BOKT olanda qazanır:

  • BOKT-lara olan nizamnamə kapitalı tələbi 300 min AZN təşkil edir. Yəni, bu zaman əlavə kapitallaşma yükündən azad olunurlar.
  • Prudensial normativ tələblər daha yumşaqdır.

Əsas fəaliyyəti kreditləşmə üzərində qurulduğundan əlavə kadr tələbinə ehtiyac azalır.