30 Oktyabr

ADİF-dən "Bank Standard"ın əmanətçilərinə MÜRACİƏT

Lisenziyası ləğv olunmuş “Bank Standard"ın 2 filialı bankın baş ofisinə köçürülüb. Bu barədə fins.az-a "Bank Standard" ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan (ADİF) bildirilib. Məlumata görə, ADİF bankın "8-ci" və "Mərdəkan" filiallarının əmanətçilərinə, bundan əlavə borc öhdəliyi olan fiziki və hüquqi şəxslərə müraciət edib. Müraciətdə bildirilir ki, bu gündən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti,54 ünvanında yerləşən “8-ci” filial, eləcə də Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Xəzər rayonu, Sergey Yesenin küçəsi,10A ünvanında yerləşən “Mərdəkan” filialı "Bank Standard"ın Bakı şəhəri, Azərbaycan prospekti,4 ünvanında yerləşən baş ofisinə köçürülüb.