30 Oktyabr

“Bank VTB”: Hədəfimiz dövriyyəsi 10-15 mln. dollar olan sahibkarılardır

Bu gün Rusiyanın “Bank VTB” ASC-nin Azərbaycandakı törəməsi “Bank VTB (Azerbaijan)” ASC press-konferensiya keçirib.

Fins.az-ən verdiyi xəbərə görə, görüşdə “Bank VTB (Azerbaijan)”-na bu il əlavə 110 milyon manatin yatırmağı haqda məlumat verilib.

İdarə Heyətinin sədr müavini Mixail Oseyevskinin sözlərinə görə, bu vəsait Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyyəsi ilə qoyulub.

"Bununla da bizim törəməmiz bütün müvafiq tələblərə, o cümlədən prudensial normalara cavab verir".

Həmçinin Oseyevski qeyd edib ki, “Bank VTB (Azerbaijan)” müştəri kimi əsasən Azərbaycan və Rusiya şirkətlərini görür:

“Hazırda "Bank VTB (Azərbaycan)" yeni müştərilərin, ilk növbədə hüquqi şəxslərin cəlb olunması istiqamətində işlər görür.Hədəfimiz dövriyyəsi 10-15 milyon dollar olan özəl sektorda və orta bizneslə məşğul olanlar sahibkarlardır”.