30 Oktyabr

Mərkəzi Bankın notları üzrə sifarişlərin məbləği – AÇIQLANDI

Bugün Bakı Fond Birjasında Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Notların ümumi həcmi - 50 000 000 manat, bir notun nominal dəyəri - 100 manat olub. Tədavül müddəti – 28 gün olan qısamüddətli notlar üzrə 3 investor tərəfindən 7 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 64,236,300.00 AZN təşkil edib. .

Sifarişlər 98.8475 AZN (14.9906%) və 98.9228 AZN (14.0005%) qiymət intervalındadır. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.8483 AZN (14.9801%), orta ölçülmüş qiyməti – 98.8687 AZN (14.7117%), səviyyəsində müəyyən edilib. Bağlanılmış əqdlər üzrə hesablaşmalar 02.11.2016 (t+0) tarixində həyata keçirilib. Notların ödəmə tarixi 30.11.2016-cı ildir.