30 Oktyabr

Dollar 0,9 qəpik bahalaşdı – HƏRRACIN NƏTİCƏSİ

Bu gün Mərkəzi Bankın nəzarəti altında növbəti dollar hərracı keçirilib. Fins.az xəbər verir ki, hərracın nəticəsinə görə, dollar 0,9 qəpik bahalaşıb. Beləliklə hərrac 1,6580 məzənnəsi ilə yekunlaşıb.
Qeyd edək ki, üçsessiyalı hərrac üzən məzənnə rejiminin tam tətbiqinə keçid hesab olunsa da, mərkəzi bank manatın məzənnəsinin inzibatı yollarla tənzimlənməsini davam etdirir. Artıq bir neçə dəfədir ki, hərracın sonunda dollar eyni həcmdə, yəni 0,9 qəpik bahalaşma nümayiş etdirir.