"Ziraat Bank (Azerbaijan)" ASC-nin İdarə Heyətinin sədri Avni Demirciyə daha bir vəzifəyə təyin edilib. Fins.az-ın məlumatına görə, bank rəhbəri Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) sədr müavini seçilib. Bu barədə ATİB-dən rəsmi açıqlama verilib.
"Bu münasibətlə Avni bəyi təbrik edir, onunla bərabər böyük uğurlara imza atacağımıza əmin olduğumuzu bildiririk. ATİB olaraq biz "Ziraat Bank Azərbaycan” kimi bir üzvümüzün olmasından böyük məmnunluq və şərəf hissi duyduğumuzu bildiririk"-deyə açıqlamada deyilir.