30 Oktyabr

Muğanbank 8 milyonluq səhm buraxdı

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Muğanbank” ASC-nin hər birinin nominal dəyəri 200 (iki yüz) manat olan 40 000 (qırx min) ədəd adi səhmlərin əlavə buraxılışını qeydiyyata alıb. AZ1001005466 qeydiyyat nömrəsi ilə buraxılan səhmlər qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.