30 Oktyabr

"Turanbank"ın səhmdarlarının sayı artıb

"Turanbank" ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik baş verib.

Fin.az-ın verdiyi xəbərə görə, bu, bankın nizamnamə kapitalının təqribən 10% və ya 5 mln. manat artırılaraq 55 mln. manata çatdırılmasından sonra olub.

Beləliklə, "Turanbank"da səhmdarı olan 6 hüquqi şəxsin bankın kapitalındakı payı 29,2%-dən 28,4%-ə qədər azalıb, əvəzində fiziki şəxslərin payı 70,8%-dən 71,6%-ə yüksəlib.

Onu da qeyd edək ki, kapital artımına qədər bankın səhmdarı olan fiziki şəxslərin sayı 20 olub, əlavə səhm emissiyasının yerləşdirilməsi nəticəsində onların sayı 21-ə çatıb. Son nəticədə "Turanbank"ın səhmdarlarınımn sayı 26-dan 27-yə yüksəlib.

Mənbə: Report