30 Oktyabr

Depozit hərracının nəticələri – AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün keçirilən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.

AMB-dən Fins.az-a verilən məlumata görə, hərracda tələb 50 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 12,01%-14,99% təşkil edib.