Bu gün noyabrın 14-də 2 bank valyuta satışını bərpa edib. Fins.az xəbər verir ki, “Bank Respublika” və “Naxçıvanbank” bu gündən ABŞ dollarını satışmağa başlayıb. Bu banklardan maksimum 500 dollar almaq olar.
“Atabank” və “Bank Avrasiya” bu gün valyuta satışında limiti ləğv edib.
Xatırladaq ki, ötən həftə “Bank Avrasiya”dan 200 dollar məbləğində dollar almaq mümkün idi.
“Turanbank” isə limiti 10 dəfə azaldıb. Bu bankdan indi 1000 dollar məbləğində valyuta almaq olar.