30 Oktyabr

Bankın kapitalı azalıb – HESABAT

“AG Bank” bu ilin üçüncü rübü üzrə hesabatını açıqlayıb. Fins.az hesabata əsasən xəbər verir ki, bankın kredit portfelinin həcmi 295 milyon 88,55 min manat təşkil edib. Burada iri kreditlərin məbləği 91 milyon 973 min AZN olub. Bank kreditlər üzrə zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatları 36 milyon 998 min manata çatıb.

Bankın vaxtı keçmiş kreditlərinin məbləği isə ötən 8 ayda 2 dəfə artaraq 118 milyon 253 min manat təşkil edib. Vaxtı keçmiş kreditlərin 77 milyon 504 min manatı Bakının payına düşür.

Bu ilin 9 ayı üzrə “AG Bank”ın aktivləri 506 milyon 807,84 min manat olub. Bank 144 milyondan yuxarı nağd vəsaitlərə, 439 milyon 993 min manat cəmi öhdəliklərə, 66814,95287 min cəmi kapitala malikdir. “AgBank” son rübdə kapitalının 9 milyon 71 min manatını itirib.