30 Oktyabr

Dollarda olan əmanətlərin faiz dərəcəsini endirdi

TuranBank müştərilərinə ABŞ dolları və avroda təklif etdiyi əmanətlərinin gəlirlilik faizini endirib. Hazırda Bankın 1 illik əmanət faizləri ABŞ dollarında olan əmanətlər üçün 4-4,5%, avroda olan əmanətlər üçün isə 1,5-2% təşkil edir.

Fins.az-ın verdiyi məlumata görə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan Çətir əmanət növü üzrə 1 illik əmanət faizləri ABŞ dollarında və avroda olan əmanətlər üçün 3%müəyyən edilib.

Mənbə: Banker.az