30 Oktyabr

Hərracda dolların qiyməti qalxdı – NƏTİCƏ

17 noyabr 2016-cı il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilmişdir.

Hərrac 1 ABŞ dolları üçün 1,7039 məzənnəsi ilə başlamış və 1,7089 məzənnəsi ilə yekunlaşmışdır.

Qeyd edək ki, hərracda 35 mln. ABŞ dolları həcmində valyuta kütləsi satışa çıxarılıb və vəsaitin hamısı satılıb.