30 Oktyabr

Bankın filialı fasiləsiz işləyəcək

Azərbaycan Beynəlxalq Bankının (ABB) filiallarının ümumi sayı 35-dən 36-ya çatdırılıb.

Fins.az xəbər verir ki, ABB-nin yeni filialı 24 saat fəaliyyət göstərir.

Məlumata görə, yeni yaradılan “ABB 24” filialı Nizami 68 ünvanında yerləşir.

Bununla yanaşı, ABB-nin şöbələrinin sayında azalma müşahidə olunur. Son rəqəmlərə görə, ABB-nin şöbələrinin sayı 43-dən 40-a düşüb.