Ötən günlərdə “Balans” hesabatını açıqlayan Unibank, bu gün də “Mənfəət və zərər” hesabatını açıqlayıb.
Bu ilin yanvar-sentyabr aylarında Unibankın cəmi gəlirləri 117 milyon 254 min manat, o cümlədən faiz gəlirləri 96 milyon 817 min manat, qeyri-faiz gəlirləri 20 milyon 437 min manat təşkil edib. Bankın cəmi faiz və qeyri-faiz xərcləri isə 71 milyon 393 min manat təşkil edib və Bank 45 milyon 861 min manat əməliyyat mənfəəti əldə edib.
Qeyd edək ki, banklar əməliyyat mənfəətinin xeyli hissəsini ehtiyatların yardılmasına yönəldirlər.
30 Sentyabr 2016-cı il tarixinə Unibank 822 milyon 266 min manat cəmi aktivlərə, 744 milyon 73 min manat cəmi öhdəliklərə və 78 milyon 193 min manat cəmi kapitala malik olub.
Xəbər verdiyimiz kimi, “Unibank” ASC 2016-cı ilin 3-cü rübü üzrə balansını açıqlamışdı. Hesabat əsasında hazırlanmış xəbəri buradan oxuya bilərsiniz.
Min manatla
Mənfəət və zərər haqqında hesabat (kumulyativ) | 2015 | I Rüb – 2016 | II Rüb – 2016 | III Rüb – 2016 |
Faiz və gəlirlərin bu qəbildən olan növləri | 159715 | 37092 | 68833 | 96817 |
Faizlər və onlara bağlı xərclər | -53279 | -11882 | -26508 | -36396 |
Xalis faiz mənfəəti | 106435 | 25 210 | 42324 | 60421 |
Qeyri-faiz gəlirləri | 42 028 | 3 010 | 8 651 | 20 437 |
Qeyri-faiz xərcləri | – 62981 | – 11 25 | -23263 | -34997 |
Xalis əməliyyat mənfəəti | 85482 | 16 495 | 27712 | 45 861 |
Balans hesabatı
Aktivlərin maddələri | I Rüb – 2016 |
1. Nağd vəsaitlər, cəmi | 43 354 |
2. AMB-yə qarşı tələblər, cəmi | 104 841 |
3. “Nostro” hesabları (başqa banklardakı müxbir hesabları), cəmi | 11 630 |
4. Banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 günədək olan kreditlər), cəmi | – |
5. Banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər, cəmi | 16 092 |
6. Qiymətli kağızlara investisiyalar | – |
7. Ticarət üçün qiymətli kağızlar | – |
8. Banklara xalis kreditlər | 3 084 |
9. Xalis kreditlər və lizinqlər | 549 197 |
10. Amortizasiya çıxılmaqla bank işində istifadə olunan əsas vəsaitlər | 46 978 |
11. Bank işində istifadə olunmayan əsas vəsaitlər, cəmi | 3 884 |
12. İcmallaşmamış törəmə şirkətlərə investisiyalar və maliyyə iştirakı (50%+1 səs hüququ verən səhm), cəmi | 1 500 |
13. Digər icmallaşmamış şirkətlərə və birgə müəssisələrə investisiyalar və maliyyə iştirakı (50%-dən az), cəmi | 436 |
14. Amortizasiya çıxılmaqla qeyri-maddi aktivlər | 4 908 |
15. Digər aktivlər | 36 409 |
15a. Digər əməliyyatlar üzrə ehtiyatlar | 47 |
Cəmi aktivlər | 822 266 |
Öhdəliklərin maddələri | I Rüb – 2016 |
1. Depozitlər (banklar və digər maliyyə müəssisələri istisna olmaqla), cəmi | 382 097 |
2. Maliyyə institutları tərəfindən cəlb edilmələr, cəmi | 269 371 |
3. Digər bankların tələbləri (“Loro” hesabları), cəmi | 1 082 |
4. Bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri (müddətli imtiyazlı səhmlər də daxil olmaqla) | 63 553 |
5. Digər passivlər | 27 970 |
Cəmi öhdəliklər | 744 073 |
Cəmi kapital | 78 193 |
Cəmi öhdəliklər və kapital | 822 266 |
KAPİTAL VƏSAİTLƏRİ | I Rüb – 2016 | II Rüb – 2016 | III Rüb – 2016 | |
1. Tutulmalardan sonra I dərəcəli kapitalı | 62 331 | 48 597 | 52 719 | |
2. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır) | 22 130 | 15 829 | 16 166 | |
3. Məcmu kapital (1+2) | 84 461 | 64 427 | 68 885 | |
4. Məcmu kapitaldan tutulmalar: | 1 936 | 1 935 | 1 937 | |
5. Tutulmalardan sonra məcmu kapital (3-4) | 82 525 | 62 492 | 66 947 | |
faizlə | ||||
Əmsallar | Norma | I Rüb – 2016 | II Rüb – 2016 | III Rüb – 2016 |
I dərəcəli kapitalın adekvatlıq əmsalı | 5,00 | 9,43 | 8,28 | 9,34 |
Leverec əmsalı | 5,00 | 12,27 | 5,95 | 6,94 |
BALANSDANKƏNAR ÖHDƏLİKLƏR | I Rüb – 2016 | II Rüb – 2016 | III Rüb – 2016 |
1. Qarantiyalar və bu qəbildən olan öhdəliklər | 15 246 | 6 070 | 5 851 |
2. Kredit alətləri | 72 284 | 66 239 | 64 225 |
3. Akkreditivlər | 1 022 | 846 | 869 |
4. Forvard və fyuçers müqavilələri | 1 254 | 720 | 387 |
5. Digər balansarxası öhdəliklər | 666 | 668 | 692 |
Cəmi | 90 471 | 74 543 | 72 025 |
Mənbə: Marja