“Amrahbank” ASC 2016-cı ilin 9 ayını 3 milyon 868 min 931 manat zərər ilə başa vurub.
Bankın zərəri ötən ilin anoloji dövrü ilə müqayisədə azalıb. Bank 2015-ci ilin 9 ayında 4 milyon 906 min 262 manat zərər açıqlamışdı.
Bu ilin yanvar – sentyabr aylarında Bankın cəmi gəlirləri 24 milyon 821 min manat təşkil edib. Bank gəlirlərinin 8 milyon 350 min manatını kreditlər üzrə ehtimal olunan zərərlər üçün ehtiyatlara ayırıb. Digər xərclər çıxıldıqdan sonra 3 milyon 868 min 930 manatlıq zərər yaranıb. Əgər bank ehtiyatlara ayırma etməsəydi xalis mənfəət açıqlaya bilərdi.
30 Sentyabr 2016-cı il tarixinə “Amrahbank”ın cəmi aktivləri 262 milyon 150 min manat, öhdəlikləri 205 milyon 527 min manat və cəmi kapitalı 56 milyon 623 min manat təşkil edib.
Mənbə: Marja