30 Oktyabr

«Qara bazar»da dolların – QİYMƏTİ

Xəbər verdiyimiz kimi, bu gün daha 2 bank valyuta satışını dayandırıb. Bununla da ABŞ valyutasını satmayan bankların sayı 20-ə çatıb.

Bankların dollar satışını azaltması “qara bazar”ı bir qədər də canlandırıb. Fins.az-ın əldə etdiyi məlumata görə, bu saatlara qədər “qara bazar”da 1 dollar 1,77 manata alınır, 1,7850 manata satılır.

Doğrudur, banklarda rəsmi məzənnə bundan aşağı, yəni 1,7770 manat olsa da, onların əksəriyyəti valyuta satışını dayandirdığına görə, dollar axtaranlar - vətəndaşlar, xüsusilə, iş adamları «qara bazar»a üz tutur.

«Qara bazar»da avro da bahalaşıb. 1 Avropa valyutası 1,91-1,92 manata satılır. Alışı isə 1,88 manatdır.