30 Oktyabr

Dollar niyə çatışmır? – AÇIQLAMA

Azərbaycanın bank sektorunda manatın likvidliyi ilə bağlı problem yoxdur.

Bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.

Xarici valyuta çatışmazlığı və bankların dollar satmaması məsələsinə toxunan Assosiasiya sədri bildirib: “Banklar əhaliyə yalnız valyuta hərracında əldə etdikləri və ixrac əməliyyatları həyata keçirən müştərilərdən aldıqları dolları sata bilir". Onun sözlərinə görə, bu səbəbdən dollar qıtlığı müşahidə olunur.

Qeyd edəki ki, 2016-cı ildə Azərbaycanda 10 bankın lisenziyası geri çağırılıb.

Hazırda ölkədə 32 bank fəaliyyət göstərir.

Mənbə: Trend