30 Oktyabr

Banklar pullarını Mərkəzi Banka qoyurlar

Mərkəzi Bank (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb. Fins.az xəbər verir ki, noyabrın 28-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 72 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,95% təşkil edib. Xatırladaq ki, hərracın elanına əsasən, 50 milyon manat depozit cəlb edilib.