Dolların qiyməti artdıqca valyuta satan bankların sayı azalır. Fins.az-ın araşdırmasına görə, bu gün cəmi 5 bank dollar satır. “Bank Silk Vey” isə ancaq hava limanındakı filialında valyuta satışını həyata keçirir.
Burada isə dolların alış məzənnəsi digər filiallardan ucuzdur. Hava limanında 1 dolları 1.7160 manata satmaq olar.
Digər filiallarda isə bu məzənnə 1.7240 manatdır. Hava limanında dolların satış məzənnəsi isə digərləri ilə eynidir- 1.7935 manat.
Hava limanında dolları təyyarə biletini göstərməklə almaq olar.