30 phrase_var_core.october

Bu bank yenə dollar satmır

İndi dollar satmayan bankların sırasına daha biri əlavə olundu. Fins.az xəbər verir ki, "Xalq Bank" valyuta satışını dayandırıb.

Qeyd edək ki, bu bank səhər saatlarında 500 dollarlıq limitlə valyuta satışını bərpa etmişdi. Günün 2-ci yarısından "Xalq bank" dollar satışını dayandırıb. Səbəb kimi kassalarda valyuta qıtlığının yaranması göstərilib.

Beləliklə, valyuta satmayan bankların sayı 29-a çatıb.