30 phrase_var_core.october

«Qara bazarda» dollar neçəyədir? – QİYMƏT

Neft ölkələrinin (OPEK) hasilatı azaltmaq barədə qərarı və bunun nəticəsində dünya bazarında neftin bahalaşması bütün dnyada olduğu kimi, Azərbaycanın «qara bazarı»nda da dolların məzənnəsinə təsirini göstərib. Fins.az-ın məlumatına görə, «qara bazar» iştirakçıları neftin bahalaşmasının ölkənin dollar gəlirlərini artıracağını və bununla da manata təzyiqin azalacağını hesab edirlər. Nəticədə dekabrın 2-də Bakının «qara bazarında» dolların məzənnəsi ötən günə nisbətən bir qədər azalıb. Hazırda bazarda dolların alış qiyməti 1,815 manat, satış qiyməti 1,83 manat təşkil edir. Avronun qiyməti isə alış 1,93,5 manat, satış 1,95 manatdır.