Amerikanın City bankı avronun dollar qarşısında ucuzlaşacağını açıqlayıb. Bankın proqnozlarına görə, Avropa valyutası gələn il dollar qarşısında 7,5% dəyər itirərək 0,98 dollara enəcək. Fins.az-ın məlumatına görə, bu barədə bankın hesabatında bildirilir. Qeyd edək ki, hazırda 1 avro 1,06 dollardır. Bankın analitikləri gözləyir ki, qarşıdakı 3 ay ərzində 1 avro 1,05 dollara enəcək Gələn ilin ikinci yarısında isə avro dollardan da ucuz olaraq 0,98 dollara enəcək. Uzun müddətli perspektivdə isə avronun yenidən bahalaşacağı və 1,05 dollara bərabər olacağı gözlənilir.