30 phrase_var_core.october

“Rabitəbank”ın rəhbərliyində dəyişiklik

“Rabitəbank”ın rəhbərliyində dəyişiklik olub. Bankdan fins.az-a verilən məlumata görə, dekabr ayının 5-dən etibarən Eldar Ağayev bankın idarə heyəti sədrinin müşaviri təyin edilib. E. Ağayev buna qədər bankın baş direktorlarından biri olub.

Bununla da bankın baş direktorlarnın sayı 6-dan 4-ə enib. Qeyd edək ki, bundan əvvəl, yəni sentyabr ayında bankın digər baş direktoru Arif Zeynalov “Nikoil Bank”a transfer olmuşdu.