Dünya bazarlarında iki gündür ki, avronun qiymətində qeyri-stabillik müşahidə olunmaqdadır. Vüqar Bayramlının Fins.az–a verdiyi açıqlamaya görə buna səbəb ilk növbədə İtaliyada keçirilən referendum seçkiləri ilə əlaqədardır. Beləki, seçkilər nəticəsində İtaliya da Böyük Britaniyanın davamçısı ola bilərdi yəni, Brexit yolunu seçə bilərdi. Bu da Avropa Birliyinin mövcudluğunu sual altına salardı. Lakin İtaliyada ilkin seçkilərin nəticəsu bəlli olduğundan və İtaliyanın Avropa Birliyini tərk etməyəcəyi bəlli olduğundan sonra avronun qiymətində artım müşahidə olunmaqdadır. İqtisadçı ekspert qiymət artımının tezliklə stabilləşəcəyini proqnoz edir.
Bundan başqa dünya bazarlarında neftin qiymətində artım müşahidə olunması dolların nisbətən ucuzlaşmasına səbəb olub ki, buda avronun qiymətinə öz təsiri göstərib. Qeyd edək ki, bir müddət öncə Donald Trampın ABŞ-da prezident seçilməsi və ABŞ-ın federal rezerv sistemlərini artırılması dolların dünya bazarlarında möhkəmlənməsinə səbəb olmuşdu. Nəticədə də avro bir qədər ucuzlaşmışdı. Məhz buna görə də avronun öz mövqelərini yenidən möhkəmlədəcəyi gözlənilən idi.
Vüqar Bayramlının fikrincə avronun gələcək məzənnəsi İtaliya və İspaniyada siyasi vəziyyətlərdən asılı olacaq.