30 Oktyabr

Türkiyədən dollarla bağlı Rusiya və Azərbaycana təklif

Ankarada milii valyutalarla ticarət təklifinin reallaşdırılması üçün işlərə başlanılıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “ticarət dollar və avronun yerinə milli valyutalarla aparılmalıdır” açıqlamasından sonra Ankarada bu istiqamətdə işlərə başlanılıb.

İstiPress.com-un məlumatına görə, Ərdoğan iqtidarına yaxınlığı ilə tanınan “Yenişafak” qəzeti yazır ki, milli valyutalarla ticarətin aparılması üçün Türkiyə ilkin mərhələdə Çin, Rusiya və İranla yanaşı qonşu ölkələrlə də ən yaxın vaxtda danışıqlara başlanılması nəzərdə tutulub.

Belə ki, Türkiyə, Rusiya, İran, Azərbaycan, Gürcüstan, Çin, Qırğızıstan və İraq arasındakı ticarətdə ABŞ dolları və Avronun yerinəqeyd edilən ölkələrin milli valyutalardan istifadə edilməsi hədəflənib.

Məlumata görə, yuxarıda qeyd edilən ölkələrlə 2017-ci ilin birinci rübündə rəsmi danışıqlara başlanılacaq.

Mənbə: İstipress