30 phrase_var_core.october

Manat dolları necə "udur" – BORCLANMA TƏHLÜKƏSİ

Daxili borc resursları iqtisadiyyat üçün əlavə dəyər yaradanda, ixrac qabiliyyətli məhsul və xidmət istehsalına dəstək verəndə ölkəyə xarici valyuta gətirir. Fins.az iqtisadçı ekspert Rövşən Ağayevə istinadən xəbər verir ki, daxili borc resursları əlavə dəyər yaratmayan, səmərəsiz layihələri dəstəkləyəndə isə iqtisadiyyatın min bir əziyyətlə qazandığı valyuta sərvətlərini istehlak edir.

Xarici borcun ÜDM-də payı artır

Beləki, ekspert son zamanlar Azərbaycanın xarici dövlət borcunun artmasına, xüsusilə manatın dəyərdən düşməsindən sonra dollar ifadəsində ÜDM-də xarici borclar üzrə payının artmasına diqqət çəkir.Məsələn, 2014-cü ilin sonuna xarici borcun ÜDM-də payı 10% ətrafında idi, amma indi 20%-i ötür. BVF-nin proqnozuna görə, yaxın 2 ildə bu göstərici 40%-ə çatacaq.

Daxili borclar da yüksəlir

Amma daxili borclar da sürətlə artır - 2014-cü ilin sonunda daxili borcun ÜDM-də payı cəmi 2.6% idi. Hazırda 13%-ə yüksəlib.

Gələn il artım davam edəcək - Dövlət Neft Şirkəti qaz təminatı ilə bağlı layihələr üçün 2017-ci ildə Mərkəzi Bankdan yenidən borc götürəcək. Hökumət isə Beynəlxalq Bankın problemli aktivlərinə görə, sonuncu tranş borcu Mərkəzi Bankdan götürəcək.

Eləcə də bax: “Qara bazar”da dollar satışı dayandırıldı

Hesablama Palatasının məlumatına görə, bu ilin ilk yarısnın yekunlarına əsasən dövlət daxili borcunun həcmi 7.3 milyard manata çatır. Həmin borclara isə “Aqrarkredit” QSC-nin hökumət adından Beynəlxalq Banka görə borclanması, “Azərbaycan Hava Yolları” QSC-nın, Dövlət Neft Şirkətinin, “Azəralüminium” ASC-nin və “Azərenerji” ASC-nin hökümət zəmanətilə Mərkəzi Bankdan almış olduğu kreditlər daxildir.

Əlavə olaraq 7 mlrd. manat da götürülməldir

İlin 2-ci yarısı ilə bağlı məlumatlar hələlik açıqlanamdığı üçün Beynəlxalq Bank üçün götürülmüş 2-ci mərhələ borc həcmi bu statistikada yoxdur. Həmin statistikada Beynəlxalq Bank üçün alınmış yalnız 3 mlrd. manat borc məbləği əks olunub. Lakin "Aqrarkredit"in 10 mlrd. manat borc öhdəliyi qeydiyyata alınıb - yəni əlavə olaraq 7 mlrd. manat da götürülməldir. Bu məbləği də nəzərə alsaq, 2017-ci iilin sonunda daxili dövlət bprcunun ÜDM-də payı 40%-ə çatacaq. Xüsusilə də ölkə iqtisadiyyatının böhran dövründə kifayət qədər yüksək göstəricidi - ÜDM-nin 40%-i qədər daxili dövlət borcu, 40%-i qədər isə xarici dövlət borcu...

Eləcə də bax: Banklar dollar almaqdan imtina etdi - SƏBƏBLƏR

R.Ağayev bildiri ki, burda ən ciddi problem təkcə daxili borc həcminin sürətlə artması deyil. Daxili borcların necə və hansı məqsədlə istifadəsidir: hazırkı şəraitdə daxili dövlət borcları iqtisadiyyatda dəyər yaratmaq, real sektoru dəstəkləmək üçün emissiya olunmur. Xidmətlə məşğul olan iri dövlət şirkətlərinin səmərəsiz və qeyri-şəffaf idarəçiliyinin yaratdığı maliyyə resurslarına tələbi "çap maşını" ilə qarşılamağın iqtisadiyyat üçün sonu çox pis bitəcəyini indidən görmək elə də çətin deyil.

Borclanma nə vaxt faydalıdır?

Borclanma (istər daxili, istər xarici) faydalıdır o halda ki, iqtisadiyyat üçün əlavə dəyərin yaradılmasını dəstəkləyir, yeni dəyərin yaradılmasında iştirak edir.

Sadə müqayisə: ixrac qabiliyyətli şirkət daxili borc resurslarının yaratdığı imkanlardan maksimum yararlanır, xaricə məhsul satır, ölkəyə valyuta gətirir. Nəticə belədir: Mərkəzi Bank vasitəsilə daxili borclanmaya gedən kommersiya banklarının kredit formasında real sektora yönəltdiyi manat əlavə dəyəri yaratmaqla (bu nümunədə ixrac vasitəsilə) ölkəyə xarici valyuta gətirmiş olur. Obrazlı deyilsə, bu halda manat "dollar istehsal" etmiş olur.

İkinici bir müqayisə: Mərkəzi Bankın emissiya elədiyi kreditlər Beynəlxalq Bankın, Neft Şirkətinin dəyər yaratmayan layihələrinə, məsələn, onların borclarının qaytarılmasına yönəlir. Belə şəraitdə manat nəinki "dollar istehsal" edir, əksinə ölkənin mövcud valyuta resurslarını udur. Bu isə arxasında istehsal dayanmayan izafi manat kütləsinin "dolları istehlak" prosesidir. R.Ağayevin fikrincə, sonuncu nümunəni Beynəlxalq Bankın timsalında çox aydın görə bilərik.