30 phrase_var_core.october

Bankların dollar almaqdan imtina etməsinə – PALATADAN MÜNASİBƏT   

Xəbər verdiyimiz kimi, banklar xarici valyuta alışına qadağa qoyub. Qadağanın hardan qaynaqlanması ilə bağlı araşdırmalara cavab olaraq qeyri-rəsmi şəkildə Maliyyə Bazarlarına Nəzarət Palatasının şifahi göstərişi olduğunu öyrəndik.

Məsələ ilə bağlı Palatanın Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasovun Fins.az-a açıqlamasına görə, təmsil etdiyi qurum belə bir tapşırıq verməyib. R.Abbasov bildirib ki, Palata bankların dollar alış-satışına, qoyduqları limitlərə müdaxilə etmir.

Eləcə də bax: Banklar dollar almaqdan imtina etdi - SƏBƏBLƏR