Azərbaycanda banklararsı kreditlər üzrə orta fazi dərəcəsi həm manat, həm də valyuatada yüksəlib.Hesabata əsasən, banklararası manatla kreditlər üzrə orta faiz dərəcəsi aylıq müqayisədə 1,5 faiz bəndi artaraq cari il oktyabrın 1-nə 7,12%, xarici valyutada isə 0,06 faiz bəndi artaraq 5,42%-ə çatıb.
Bildirək ki, qısamüddətli kreditlərdə, o cümlədən bir aylıq və 1-3 aylıq manatla kreditlərdə artım daha kəskin olub. Bir aylıq manatla kreditlər üzrə faiz dərəcəsi 1,44%-dən 8,90%-ə, 30-90 günlük kreditlər isə 5,90%-dən 17,42%-ə yüksəlib.
Bir ildən yuxarı müddətə verilən manatla kreditlərin faizləri isə 0,09 faiz bəndi azalaraq oktyabrın 1-nə 4,77% təşkil edib.
Xarici valyutada kreditlərdə isə bir aylıq kreditlər 2,46%-dən 4,27%-ə yüksəlib, 30-90 günlük kreditlər üzrə isə dəyişməyərək 17,22% olub.
Bir ildən yuxarı xarici valyuta olan kreditlər aylıq müqayisədə 0,03 faiz bəndi bahalaşaraq oktyabrın 1-nə 4,70% təşkil edib.
Mənbə: Report