30 phrase_var_core.october

“Azər-Türk Bank”ın sədri dəyişdi

“Azər-Türk Bank”ın rəhbərliyində dəyişiklik olub. Fins.az-ın bank sektorundan əldə etdiyi məlumatına görə, bankın müşahidə şurasının yeni sədri Xalid Əhədov seçilib. O bu vəzifədə Famil İsmayılovu əvəzləyib. Bankın mətbuat xidmətindən isə fins.az-a bildiriblər ki, rəhbər dəyişikliyi ilə bağlı onlarda hər hansı məlumat yoxdur.

Xatırladaq ki, X.Əhədov professional fəaliyyətə 1999-cu ilin mart ayında «Bank of Baku»da başlayıb. Bu müddət ərzində SWIFT üzrə mütəxəssisdən İdarə Heyəti Sədrinin Müavini vəzifəsinə qədər yüksəlib. 19 Fevral 2005-ci il tarixində İdarə Heyəti Sədrinin Müavini, Pərakəndə Bank Biznesi Sahəsinin Rəhbəri vəzifəsinə təyin olunub.1 oktyabr 2010-cu il tarixindən İdarə Heyəti Sədrinin Müşaviri vəzifəsinə təyin olunub. 2015-ci ildə “Unibank”a icra direktor təyin edilib. Yeni vəzifəyə qədər isə hazırda ləğvetmə prosesində olan “Bank Standard”ın idarə heyətinin sədri olub.