30 phrase_var_core.october

Türk bankı olasan, lirə satmayasan – NONSENS

Türkiyədə lirənin bahalaşması bu valyutaya marağı artırır. Fins.az Bakıda haradan lirə almağın mümkün olduğunu araşdırıb. Məlum olub ki, bankların əksəriyyəti valyuta satışını dayandırdığından Türk lirəsini də almaq xeyli çətindir. Azərbaycanda fəaliyyət göstərən cəmi 2 bank lirə satır. Onlardan biri “Ziraatbank”dır. Bankdan maksimum 500 lirə almaq olar. “Ziraatbank”da Türk lirəsinin məzənnəsi 0.5330 manatdır.

Başqa sözlə, 100 lirə almaq üçün 53 manat 30 qəpik ödəməlisiz. “BTB Bank”da isə lirə bir qədər bahadır. Bu bank türk pulunu 0.5500 manata satır. Yəni, 100 lirə üçün 55 manat ödəməlisiz. “BTB Bank”da lirənin satışında limit yoxdur.

Maraqlıdır ki, Türkiyənin Azərbaycanda fəaliyyət göstərən daha bir bankı “Yapı Kredi Bank - Azərbaycan”da Türk lirəsi satılmır. Başqa banklardan fərqli olaraq burada valyuta satışı dayandırılmayıb. İndi bu bankdan 50 dollar məbləğində valyuta almaq mümkündür. Buna baxmayaraq, türk lirəsini satmaqdan imtina edib.