30 phrase_var_core.october

Dollara qarşı “ehtiyat güllə”

Dollara olan təlabatın azalmasında daha bir effektiv vasitə nağdsız ödənişlər sistemini stimullaşdırmaqdır. Fins.az bildirir ki, əlavə vasitələrdən biri kimi nağdsiz dövriyyənin artması hökümətin də gündəliyindədir. İqtisadçı Elman Sadıqov hesab edir ki, bu zaman stimullaşdırıcı amillərdən də istifadə etmək olar. Məsələn, plastik kartlarla ödənişlər zamanı dövriyyədən asılı olaraq ƏDV və ya mənfəət vergisinin fərqləndirilməsi təklif olunur. Eyni zamanda plastik kartla edilən ödənişlərdən yaranan dövriyyə üzrə ƏDV-nin ödənişində müəyyən güzəştlər də tətbiq oluna bilər. Eləcə də mənfəət vergisinin ödənişində dövriyyədən asıllı olaraq fərqli faiz dərəcələri tətbiq etmək mümkündür.

Əlbəttə, burada sui-istifadə halları mümkündür və məhz bu halların qarşısının alınmasına yönələn tədbirlər planı hazırlandıqdan sonra bu güzəştlər tətbiq oluna bilər. Nağdsız ödənişlərin çox olması biznesdə şəffaflığın və vergi ödəmələrinin də artması deməkdir. Bundan başqa, bankların kredit kartları məhsullarında canlanma yaratmaq lazımdır. Təhlillər onu göstərir kli, Azərbaycan əhalisinin plastik kart işlətmə vərdişləri çox zəifdir. Hesab edirəm ki, hazırda problem plastik kartların təyinatındadır.

Bankların kredit kartından gündəlik ödəniş kartı kimi istifadə olunmalıdır. Bu, ticarət və xidmət sektorlarında böyük iqtisadi səmərə verə bilər. Halbuki hazırda əksər insanlar bankların kredit kartlarından birdəfəlik istifadə edir, yəni məbləği tam olaraq birdəfəlik çıxarır. Bu isə sonradan onun ödənişində problemlər yaradır. Nəticədə, kredit kartlarının təyinatı dəyişir və çox zaman kredit kartkarı üzrə məbləğlər istehlak kreditinə transfer olunur. Bu isə öz növbəsində istehlak kreditləri səbətində problemli kreditlərin həcmini yüksəldir.