30 phrase_var_core.october

“Amrahbank” dollar almağa başladı

Bu gün ölkədəki banklardan biri xarici valyutanın alışını və satışını bərpa edib. Fins.az xəbər verir ki, söhbət “Amrahbank”dan gedir.

Bank bu gün üçün xarici valyutaların, o cümlədən dollar və avronun məzənnəsi də müəyyən edib . “Amrahbank”dan verilən məlumata görə, bu gün bankda dolların alış qiyməti 1.8080 manat, satışı isə 1.8127 manat müəyyən edilib.

“Amrahbank” uzun müddətdən sonra bu gün dolların satışına başlayıb. Filiallarda cəmi 100 dollar məbləğində valyuta almaq olar. Ancaq bunun üçün b ankda hesab açmaq tələb olunur.

Xatırladaq ki, son 1 aydan da artıq müddətdə “Amrahbank” valyuta satışını dayandırıb. Ötən həftə isə bank valyuta almaqdan imtina etmişdi.