30 phrase_var_core.october

Mərkəzi Bank hərraca pul çıxarmayacaq-EKSPERT

Mərkəzi Bankın (MB) sədri Elman Rüstəmovun manatın tam “üzən məzənnə”yə keçəcəyi ilə bağlı açıqlaması əhalini dolların bahalaşmasına hazırlamaq kimi dəyərləndirilib. Ekspert Ramin Rəhimov fins.az-a bildirib ki, indiyə qədər Mərkəzi Bank müəyyən hallarda bazara dollar çıxarırdı, hərraclarda iştirak edirdi.
"Bundan əlavə, bəzi hallarda hərracın nəticəsindən aslı olmayaraq məzənnəyə müdaxilə edirdi. Tam “üzən məzənnə”yə keçid nəticəsində artıq bu proses dayanacaq".
R.Rəhimovun sözlərinə görə, MB-nin ehtiyatları 4 milyard dollara qədər azalıb. Psixoloji həddi keçməmək üçün MB valyuta hərraclarına dollar çıxarmağı dayandıracaq.