Bir sıra layihələr üzrə 20 illik ipoteka kreditinin ayrılmasının dayandırılması layihələrin gəlirliliyi baxımından yenidən qiymətləndirilməsi ilə əlaqədardır.
Bu barədə fins.az-a Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətindən bildirilib.
"Sorğumuza cavab olaraq bildiririk ki, hazırda sözügedən layihələrin gəlirliliyi baxımından yenidən qiymətləndirilməsi aparılır. Bank üçün daha sərfəli şərtlərlə bu layihələr üzrə ipoteka kreditləşməsi yenidən bərpa edilə bilər".
Eləcə də bax: Beynəlxalq Bank 20 illik ipotekanı dayandırdı