Azərbaycanda 24 saat fəaliyyət göstərən valyuta mübadiləsi terminalları qurulacaq. Fisn.az xəbər verir ki, artıq “Bank Silk Vey” baş ofisində ilk belə terminalı quraşdırıb.
Bankdan verilən məlumata görə, hələlik test rejimində işləyən terminalda maksimum 100 dollar dəyişmək olar. Artıq vətəndaşların həmin terminallardan daha rahat yararlandığı müşahidə edilib.
Terminalların sayı artdıqca dəyişə biləcəyiniz məbləğ də artırılacaq. Yaxın günlərdə isə terminal tam rejimdə çalışacaq.
“Bank Silk Vey” valyuta dəyişmə terminallarını ilk olaraq hava limanında quraşdıracaq. Həmin terminallar mübadiləni bankın günlük təyin etdiyi valyuta məzənnəsinə uyğun həyata keçirəcəklər.