30 phrase_var_core.october

FED-in açıqlaması manata psixoloji təsiri yüksəldəcək – EKSPERT

Bu gün başlanan Federal Ehtiyatlar Sisteminin (FES) yığıncağı yenə də dünyanın diqqət mərkəzindədir.

Bunu iqtisadçı eksper Vuqar Bayramov öz şərhində bildirib. Ekspert : “ABŞ birjaları artıq FED-in toplantısına reaksiya verməkdədir və indekslər yeni artım rekordunu təzələyiblər. Yığıncaqda uçot dərəcəsinin 0.25 faiz artırılacağı gözlənilsə də hələlik müşahidəçilər proqnoz verməkdə maraqlı görünmürlər. FED-də qərarların qəbulunun asan müzakirələrdən keçmədiyini nəzərə alsaq, sadəcə hansı qərarın elan ediləcəyini gözləmək lazımdır. Bu baxımdan, nəticəni proqnozlaşdırmaq praktik olaraq mümkün deyil.

Əgər FED uçot dərəcəsini artırarsa bu qlobal və eləcə də Azərbaycan bazarına necə təsir göstərəcək?

Qlobal valyuta bazarı son bir ayda FED-in potensial qərarına hazır olmağa çalışdı desək yanılmarıq. Son həftələr ABŞ dollarının möhkəmlənməsi də həmçinin bu psixoloji təsirlər ilə əlaqədar idi. Təbii ki, bizim üçün ən önəmlisi manatın məzənnəsinə necə təsir göstərməsidir. Aydındır ki, uçot dərəcəsi artırılacağı halda manata psixoloji təsir yüksələcək. Bu həmçinin daxili valyuta bazarında dollar tələbin daha da artması ilə müşahidə ediləcək. Bu baxımdan, Mərkəzi Bankın bütün potensial senarilərə hazır olması vacibdir. Çünki bu halda söhbət valyuta bazarında dollar tələbinin təklifi yenidən kəskin üstələməsindən gedə bilər.”