"AFB Bank" rəsmiləri bankın valyuta mübadiləsi lisensiysının ləğvi məsələsinə aydınlıq gətirib. Bankın hüquq departamentinin direktoru Vüqar Kərimov fins.az-a bildirib ki, bankda dolların alışı davam etdirilir.
Onun sözlərinə görə, "AFB Bank"ın valyuta mübadiləsi lisensiysı ləğv edilməyib və bu barədə yayılan xəbərlər həqiqətə uyğun deyil. Valyutanın satışı isə ilk növbədə bankın müştəriləri üçün nəzərdə tutulub.