30 phrase_var_core.october

Daha 3 bank dollar almaqdan imtina etdi – YENİLƏNİB

Azərbaycanda fəaliyyət göstərən banklardan daha üçü xarici valyutanı almağı dayandırıb. Fins.az-ın əldə etdiyi məlumata görə, bu gün “AFB bank”, "Günaybank" və "Atabank" dollar almaqdan imtina edib. Banklardan verilən məlumata əsasən, valyuta mübadiləsi əməliyyatları dayandırılıb.

Artıq uzun müddətdir valyuta satmayan “AFB Bank” alışı da dayandırıb.

"Atabank"dan isə bildiriblər ki, dolların alışı kassanın vəziyyətindən asılıdır. "Günaybank"dan da valyuta alışının dayandırıldığını təsdiqləyiblər.

Xatırladaq ki, bundan əvvəl “Amrahbank” və “Dəmirbank” valyuta alışını dayandırmışdı. “Dəmirbank” sonradan əməliyyatları bərpa etsə də “Amrahbank”da problem qalmaqdadır. İndi bu bankdan valyuta almaq və ya satmaq üçün hesab açmaq lazımdır.

Günün ikinci yarısında AFB Bankdan Fins.az-a bildirilib ki, bankın filialları valyuta alışını həyata keçirirlər. "Günaybank" da dollar alışı və satışını həyata keçirdiyini açıqlayıb. Bankdan verilən məlumata görə, dolların alışında heç bir limit yoxdur, yalnız satışında limit tətbiq olunur.