Ekspertlərin fikrincə, manat da bu siyahıdan kənarda deyil. Qubad İbadoğlu qeyd edir ki, yenidən milli hökümətlərin, biznes dairələrinin, maliyyə analitiklərinin, marketinq tədqiqatçılarının diqqəti FED-in bu il üçün sonuncu sayılan iclasında maliyyə və valyuta bazarlarına təsir edəcək, çoxdan gözlənilən qərarına yönəlib. Bir neçə saatdan sonra başlayacaq iclasda baş tutacaq müzakirələr nəticəsində FED-in uçot dərəcələrinin artırılması ehtimalı isə yüksəkdir. Belə bir qərarın verilməsi xüsusilə qonşu Türkiyədə lirə, Rusiyada rublun məzənnəsinin ucuzlaşmasını şərtləndirəcək.
Azərbaycan manatı həm əsas ticarət tərəfdaşı olan qonşu ölkələr vasitəli, eləcə də birbaşa təsirlərə məruz qalacaq. Avroda və funt sterlinqdə dollara nəzərən gözlənilən ucuzlaşma da bizim valyutaya dolayı təsir edən faktorlardan ola bilər. Manatın üzən məzənnəyə keçidi ilə bağlı müzakirələrin intensivləşdiyi indiki həsas dövrdə FED-in qərarının təsiri ilə baş verənlər onun valyuta bazarında möveyini bir az da zəiflədə bilər. Beləliklə də mövcud şərtlər çərçivəsində manatı üzən məzənnə rejimində saxlamaq daha da çətinləşir. Amma başqa alternativlər qalmayıb, çünki, islahataların və sərmayələrin gələcəyi manatın gerçək məzənnəsinin formalaşma tezliyindən asılıdır.