30 Oktyabr

Bankların kredit portfeli azalıb – STATİSTİKA

Azərbaycanda fəaliyyət göstərən banklar və bank olmayan kredit təşkilatlarının kredit portfeli açıqlanıb. Dövlət Statistika Komitəsindən fins.az-a verilən məlumata görə, 2016-cı ilin noyabr ayının 1-nə həmin qurumların ümumi kredit portfeli milli valyuta ekvivalentində 15,820 milyon manat təşkil edib. Bunun 12 497,1 milyon manatı uzunmüddətli kreditlərin payına düşür.

Kredit portfeli 2015-ci il noyabr ayının 1-i ilə müqayisədə 14,8 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,7 faizini təşkil edir.