Mərkəzi Bank bu gün dekabrın 14-də Bakı Fond Birjasında 75 milyon manat dəyərində qısamüddətli not yerləşdirib. Fonddan fins.az-a verilən məlumata görə, hərrac zamanı 2 investordan 2 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 50,583,100 manat təşkil edib.
Qeyd edək ki, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Sifarişlər 98.8472 AZN (14.9945%) və 98.8472 AZN (14.9945%) qiymət intervalında təqdim edilib.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 98.8472 manat (14.9945%), orta ölçülmüş qiyməti 98.8472 mana (14.9945%) səviyyəsində müəyyən edilib.
Notların nominal üzrə reallaşdırılmış həcmi 50,583,100 manat məbləğində müəyyən edilib.