30 Oktyabr

Əmanətlər gəlir vergisindən azad olundu - AÇIQLAMA

Azərbaycanda fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin gəlir vergisindən azadolma müddəti uzadılıb.

bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında vergilər naziri Fazil Məmmədovməlumat verib. Onun sözlərinə görə, layihəyə əsasən banklar tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividendin, diskont istiqrazlarının nominatdan aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq və faiz gəlirlərinin gəlir vergisindən azad edilməsi müddəti 5 ilə qədər, yəni 2021-ci ilin fevral ayınadək artırılır.