30 phrase_var_core.october

Ən böyük BOKT zərərlə işləyir

FINCA BOKT 2016-cı ilin birinci yarım illiyinə dair maliyyə nəticələrini açıqlayıb.

Təşkilatın açıqladığı göstəricilərə görə ilk yarımillik 23 mln. manat zərərlə bitib. BOKT il ərzində həm əməliyyat gəliri üzrə zərər (-11 mln. manat), həmdə ehtiyat ayırmalarına görə zərər edib.

Məlumat üçün bildirək ki, FINCA Azərbaycanın ən böyük BOKT-dur.

Fins.az-ın banker.az-a istinadən verdiyi məlumata görə, təşkilatın aktivlərinin həcmi 205 mln. manata bərabərdir ki, bu rəqəm bəzi bankların aktivlərinə yaxındır.

FINCA-nın düşdüyü çətin vəziyyət, öhdəliklərinin çoxunun xarici valyuta olması, kreditləşməni isə manatla aparmasından səviyyələnir. Bankın hazırda 202 mln. manat öhdəlikləri mövcuddurki (aktivlərin 98% ), bu rəqəm bu sektor üçün həddən artıq riskli göstəricilidir.