30 phrase_var_core.october

Banklar yeni formada hesabat verəcəklər

Maliyyə xidmətləri sektorunun hesabatlılığında şəffaflığın artırılması nəzərdə tutulur.

Bu barədə Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində bildirilir.

Yol Xəritəsində bildirilir ki, maliyyə xidmətləri sektorunun hesabatlılığında şəffaflığın artırılması imkanları mövcuddur. Sektor üzrə açıqlanan məlumatların əhatəlilik səviyyəsi və keyfiyyəti qənaətbəxş səviyyədə deyildir. Məlumatların açıqlanması üzrə şəffaflığın artırılması daha dəqiq və məlumat-əsaslı qərarların verilməsi imkanı yaratmaqla, bütün bazar iştirakçılarının maraqlarına xidmət edir.

Görüləcək tədbirlər

Tədbir1:

Hesabatlılıq və məlumatların açıqlanması üzrə cari vəziyyətin diaqnostikası

MBNP qabaqcıl beynəlxalq təcrübəni araşdırmaqla, hesabatlılıq və məlumatların açıqlanması sahəsində mövcud boşluqları müəyyən edəcəkdir. Araşdırmalar hesabatvermə formalarının əhatəliliyi ilə yanaşı, ictimaiyyətə açıqlanan məlumatlar, qlobal hesabatvermə meyarları və ümumi sektor göstəricilərinin açıqlanması kimi məsələləri əhatə edəcəkdir

Tədbir 2:

Yeni hesabatvermə formalarının hazırlanması

Diaqnostikanın nəticələri əsasında MBNP təkmilləşdirilməsi zəruri olan müvafiq istiqamətləri müəyyən edəcəkdir. Standartlaşdırılmış hesabatvermə formalarını və müvafiq təlimatları hazırlayacaqdır

Tələb olunan investisiya

Bu prioritetin həyata keçirilməsi üçün əhəmiyyətli investisiya qoyuluşu tələb olunmur.

Gözlənilən risklər

Prioritet çərçivəsində nəzərdə tutulan məqsədlərə nail olmaqda əsas risklərə maliyyə institutlarının həssas məlumatları açıqlamaqda maraqlı olmaması, yaxud açıqlanan məlumatların bazar iştirakçıları tərəfindən düzgün şərh edilməməsi və nəticədə şirkətlərin maliyyə dayanıqlılığı üçün arzuolunmaz risklərin yaranması, maliyyə institutlarının daxili informasiya sistemlərinin açıqlanması tələb olunan məlumatları tam generasiya etməməsi kimi amillər aid edilə bilər.

Tədbir 3:

Məlumatların açıqlanması mexanizmlərinin müəyyən edilməsi MBNP məlumatların toplanılması və açıqlanması prosedurlarının müəyyən edilməsi, o cümlədən açıqlanacaq məlumatların tərkibi, açıqlanma tarixi, tezliyi və platformasının müəyyən edilməsi üçün işçi qrup yaradacaqdır. Təkliflər əsasında MBNP tədbirlər planı hazırlayaraq onun icrasına başlayacaqdır.

Yol Xəritəsilə ətraflı BURADAN tanış ola bilərsiniz.

Mənbə: Marja